Shorts
Akne Klinik 2002-ci ildə Təbriz Tibb Universitetindən məzun olub. 2000 ci ildən Erbium lazer resurfasinqin post akne çapıqların müalicəsində olan əks təsirləri mövzusunda tədqiqat aparmış və 2002 ci ildə bu məsələ üzrə elmi işini yüksək dərəcə ilə müdafiə edib və dermatologiya sahəsində lazer kimi müasir üsulun tətbiqi üzrə dünya da birinci həkimlərdən olub. Əsas tibbi fəaliyyəti dəri xəstəliklərinin müasir üsulları ile müayinə və müalicəsi, o cümlədən müxtəlif kosmetoloji prosedurların (lazer, dolğu, botoks və s.) tətbiq olunmasıdır. 2008-ci ildən 5 il müddətinə Post Graducate Course Of Dermatology Specialization və 2013 ildə 3 il müddetinə Full Post Graduate Course Of Surgery müvəffəqiyyətlə başa çatdırıb və dəri xəstəliklərindən əlavə dəri cərrahiyəsi üzrədə sertifikat almışdır. Müxtəlif illərdə bir çox avropanın qabaqcıl ölkələrində və universitetlərində təşkil olunmuş kurslarda və konfranslarda iştirak edib. Elmi uğurlar və çalışmalardan əlavə 2020-ci ilə qədər 150,000 dən çox xəstələrə müxtəlif müalicəvi və Kosmetoloji prosedurlar etməklə öz işində çox təcrübəli həkim sayılır. Hal hazırda Bakıda yerləşən Salutem Dermatoloji Klinika da fəaliyyət göstərir.
2002-ci ildən aktiv dermatoloji və kosmetoloji praktika. Müalicə yanaşması beynəlxalq protokollar əsasındadır.
Nazim Hikmət 66, Yasamal, Bakı
Peşəkar dermatoskop hər müayinədə
2002 məzunu · Post Graduate Course
Dr. Mehdi Mahmudinin real müalicələri və pasiyentlərin səmimi rəyləri — öz gözünüzlə görün.
Pasiyentlərimizin ən çox verdiyi suallar — 6 əsas xidmət üzrə.
Sızanaq müalicəsinin müddəti problemin dərəcəsindən, dərinin vəziyyətindən və səbəbdən asılıdır. Yüngül hallarda ilk nəticələr bir neçə həftə ərzində görünə bilər, daha dərin və iltihablı aknelərdə isə müalicə daha uzun davam edir. Adətən fərdi plan əsasında dərman, prosedur və baxım birlikdə tətbiq olunur.
Sızanaq izlərinin görünüşünü əhəmiyyətli dərəcədə azaltmaq mümkündür, amma nəticə izlərin dərinliyindən və dərinin tipindən asılıdır. Fraksional lazer, piling və digər prosedurlar çapıqların və ləkələrin görünüşünü azaltmağa kömək edir. Erkən müalicə başlanması daha yaxşı nəticə verir.
Xal götürülməsi adətən lokal keyitmə altında aparıldığı üçün prosedur zamanı ciddi ağrı hiss olunmur. Seçilən üsul xalın növünə, yerləşməsinə və ölçüsünə görə müəyyən edilir. Prosedurdan sonra qısa müddətli həssaslıq ola bilər.
Hər xal üçün eyni yanaşma uyğun olmur. Əvvəlcə dermatoskopik analiz aparılır və xalın xoşxassəli və ya şübhəli olub-olmadığı qiymətləndirilir. Bundan sonra lazer və ya cərrahi üsul seçilir.
Rozasea xroniki dəri problemidir, lakin düzgün müalicə və nəzarətlə əlamətləri ciddi şəkildə azaldıla bilər. Qızartı, damar görünüşü və iltihabi səpgilər fərdi müalicə planı ilə nəzarət altına alınır. Erkən müdaxilə vəziyyətin daha rahat idarə olunmasına kömək edir.
Bəli, bəzi hallarda lazer müalicəsi rozasea zamanı görünən damarların və qızartının azalmasına kömək edir. Lazer hər pasiyent üçün uyğun olmaya bilər, buna görə əvvəlcə dermatoloji müayinə lazımdır. Müalicə planı dərinin həssaslığı və problemin mərhələsinə görə seçilir.
Çapığın növünə görə fraksional lazer, mikrocərrahiyyə, piling və digər prosedurlar tətbiq oluna bilər. Akne çapığı, yanıq izi və ya digər izlər üçün yanaşma fərqli olur. Müalicə planı çapığın dərinliyi və dərinin bərpa potensialına əsasən seçilir.
Çapıqları tam silmək hər zaman mümkün olmaya bilər, amma görünüşünü nəzərəçarpacaq dərəcədə azaltmaq mümkündür. Məqsəd dərinin teksturasını yaxşılaşdırmaq, rəng fərqini azaltmaq və çapığı daha az görünən hala gətirməkdir. Nəticə çapığın növündən və düzgün seçilmiş müalicədən asılıdır.
Ziyil virus mənşəli olduğuna görə bəzi hallarda təkrar yarana bilər. Lazer mövcud törəməni götürür, amma immun sistem və virus aktivliyi də önəmlidir. Həkim tövsiyələrinə əməl etmək təkrarlanma riskini azaltmağa kömək edir.
Müasir lazer texnologiyası ilə ziyilin daha dəqiq və kontrollu şəkildə götürülməsi mümkündür. Kiçik törəmələrdə iz riski adətən çox aşağı olur, amma bu, ziyilin ölçüsündən, yerləşməsindən və dərinin xüsusiyyətindən asılıdır. Prosedur sonrası düzgün qulluq vacibdir.
Fraksional lazer akne çapıqları, dəri izləri, geniş məsamələr, bəzi ləkələr və ümumi dəri yenilənməsi üçün istifadə olunur. Bu üsul dərinin bərpa prosesini stimullaşdıraraq daha hamar və yenilənmiş görünüş əldə etməyə kömək edir. Hansı hallarda uyğun olduğunu dermatoloq qiymətləndirir.
Bərpa müddəti prosedurun dərinliyindən və dərinin həssaslığından asılı olaraq dəyişir. Adətən bir neçə gün qızartı, yüngül qabıqlanma və həssaslıq ola bilər. Həkimin verdiyi sonrası qulluq qaydalarına əməl etmək nəticəni yaxşılaşdırır və bərpanı rahatlaşdırır.
Sualınıza cavab tapmadınız?
Bizimlə əlaqə saxlayın