Saçlar müxtəlif səbəblərdən tökülə bilər. Onlar arasında stress, vitamin çatışmazlığı, hormonal dəyişikliklər, saç dibinin seboreyası və bəzi dərman preparatlarının qəbulu geniş yayılmışdır. Müalicə sxemi saç tökülməsinin səbəbi və ağırlıq dərəcəsi nəzərə alınmaqla tərtib olunur.

Plazmoliftinq - pasiyentin öz qanından alınan və trombositlərlə zənginləşdirilən plazmanın dəriyə yeridilməsidir. Prosedurdan sonra xırda qırışlar itir, dərinin rəngi və elastikliyi yaxşılaşır. Bu üsul yaşlanmanın qarşısını alan ən effektiv üsullardan sayılır.

Quruluğu aradan qaldırmaq məqsədilə dəriyə nəmləndirici krem çəkmək və ildə 2 dəfə biorevitalizasiya prosedurundan keçmək məsləhət görülür.

Bu problem dərinin lazerlə cilalanması, mikronidlinq, müxtəlif növ pilinq və separasiya üsulları ilə aradan qaldırılır.

Yeni cavab

Hələ də sualınız var?

Fərdi konsultasiya üçün bizimlə əlaqə saxlayın